newsPhoto

Ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

Dövlət Miqrasiya Xidmətində  Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqlarının məsul əməkdaşları və nümayəndələrinin iştirakı ilə əcnəbi tələbələrin miqrasiya məsələləri ilə bağlı maarifləndirmə tədbiri keçirilib.  

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərini Tənzimləmə baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri İsmayıl Abdullayev maarifləndirmə tədbirlərinin əhəmiyyətini və önəmini diqqətə çatdırıb, ölkəmizin miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumat verib. Təhsil nümayəndələrinə əcnəbi tələblərlə bağlı daxil olan müraciətlərə xüsusi həssaslıqla yanaşmalarının vacibliyini qeyd edib. Daxil olan müraciətlər zamanı yol verilən nöqsanların aradan qaldırılması istiqamətində təklifləri səsləndirib.

Görüşdə əcnəbi tələbələrlə bağlı sənədləşmə işinin səmərəli təşkili, məlumatların dəqiq və dolğun hazırlanması, eləcə də ölkədə qalma və yaşama qaydaları ilə bağlı müvafiq prosedurların vaxtında həyata keçirilməsinin vacibliyi vurğulanıb. Həmçinin elektron xidmətlərdən istifadə qaydaları barədə məlumat verilib.

Tədbirdə iştirak edən digər dövlət qurumlarının məsul əməkdaşları aktual məsələlər üzrə çıxışlar edib. Qeyd edilən məsələlərlə bağlı müvafiq qurumlar arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur