newsPhoto

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində intellektual oyun keçirilib

Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş intellektual oyun keçirilib.

İntellektual oyunda Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, Miqrasiya məktəbi layihəsinin iştirakçıları və Miqrasiya könüllüləri təmsil olunublar. Gərgin mübarizə şəraitində keçən oyunda 18  komandanın iştirakçıları qələbə uğrunda yarışaraq müxtəlif mövzularda suallara cavab tapmağa çalışıblar.

Yarışın nəticələrinə əsasən Xidmətin Təşkilat-nəzarət baş idarəsinin “Turan” komandası bütün rəqiblərini üstələyərək qalib olub. Ağsu regional miqrasiya idarəsinin  “Etimad” və Bakı şəhər regional miqrasiya baş idarəsinin “Zəfər” komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər. Dövlət Miqrasiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsi ilə birgə təşkil olunan turnirdə qalib və finalçılara fəxri fərman və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, intellektual oyunun təşkilində məqsəd iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi, əməkdaşlar arasında kommunikasiyanın gücləndirilməsi, onların intellektual bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli keçirilməsidir.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur