newsPhoto

Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzi tərəfindən 2024-cü ilin aprel ayı ərzində cavablandırılmış zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzi tərəfindən 2024-cü ilin aprel ayı ərzində 6174 zəng cavablandırılıb. Onlardan 5415-i Azərbaycan dilində, 715-i rus dilində, 44-ü isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 1919-u müvəqqəti yaşama icazəsi, 95-i müvəqqəti olma müddətinin uzadılması, 478-i vətəndaşlıq məsələləri, 711-i olduğu yer üzrə qeydiyyat, 447-si daimi yaşama icazəsi, 451-i iş icazəsi, 334-ü inzibati xəta, 1739-u isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur