newsPhoto

Pakistan nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikasında səfərdə olan Pakistan İslam Respublikası Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin üzvləri ilə Dövlət Miqrasiya Xidmətində görüş keçirilib. Görüşdə həmçinin BMqT-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin məsul əməkdaşı iştirak edib.

Görüşün məqsədi Azərbaycanın miqrasiya və sərhəd idarəçiliyi, insan alverinə qarşı və miqrant qaçaqçılığı ilə mübarizə sahələri ilə bağlı təcrübələrin  öyrənilməsi olub.

Tədbir zamanı qonaqlara Xidmətin fəaliyyət istiqamətləri, milli miqrasiya idarəçiliyi və qanunvericiliyi, həmçinin qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri barədə məlumat verilib.

Nümayəndə heyətinin rəhbəri və üzvləri öz ölkələrinin miqrasiya idarəçiliyi təcrübəsindən söhbət açıb. Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, nümayəndə heyəti ölkəmizə baş tutan səfər çərçivəsində Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin, Lənkəran regional miqrasiya idarəsinin və Miqrasiya üzrə Regional Təlim Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur