Miqrantların yerli cəmiyyətə inteqrasiyasına dair ictimai dinləmə keçirilib
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin birgə təşəbbüsü ilə “Miqrantların yerli cəmiyyətə inteqrasiyası məsələlərində QHT-lərin rolu” mövzusunda onlayn formatda ictimai dinləmə keçirilib.
Məqsəd qeyri-hökumət təşkilatlarının miqrantların yerli şəraitə uyğunlaşması, onların mədəni müxtəlifliyinin qorunması, hüquqlarının müdafiəsi, həmçinin onlara xidmətlərin göstərilməsi istiqamətində fəaliyyətin təşkili məsələlərinin müzakirəsi olub.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək miqranlatın yerli cəmiyyətə inteqrasiyası ilə bağlı görülən işləri diqqətə çatdırıb, həmçinin bu istiqamətdə təcrübə mübadiləsi və gələcək planlar müzakirə olunub.