Dövlət Miqrasiya Xidmətinin rəisi Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Kandis Makdeyqan ilə görüşüb.
Qonaqları səmimi salamlayan Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, miqrasiya qanunvericiliyi, miqrasiyanın səmərəli idarə edilməsi, prosedurların sadələşdirilməsi, rəqəmsallaşmanın təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Səmimi qəbula görə təşəkkür edən Kandis Makdeyqan təmsil etdiyi qurumun ölkəmizdəki fəaliyyəti barədə məlumat verib.
Görüşdə tərəflər arasında mümkün əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.