Miqrasiya orqanları işçiləri üçün növbəti təlim keçirilib
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya üzrə Regional Təlim Mərkəzində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin mütəxəssisi İlhamə Axundova tərəfindən miqrasiya orqanları işçiləri üçün “Emosional zəkanın inkişafı”, “Piqmelion effekti” mövzularında təlim keçirilib.
Xidmətin Kadrlar və kadr hazırlığı idarəsi ilə Təlim-tədris mərkəzinin birgə təşkil etdiyi təlim zamanı İlhamə Axundova emosional zəka və səriştəliklər barədə məlumat verərək, onun iş mühitində işləmə mexanizmi və inkişaf etdirilməsindən bəhs edib. Həmçinin təlim iştirakçılarına “Piqmelion effekti” anlayışı (gözləntilərin davranışlara və nəticələrə təsiri) barədə ətraflı məlumat verilib.
İnteraktiv şəkildə keçən təlim iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.