Regionlarda səyyar xidmətlər keçirilib
Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional baş idarə və idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.
Naxçıvan regional miqrasiya baş idarəsi, həmçinin Lənkəran və Ağsu regional miqrasiya idarələri tərəfindən Naxçıvan, Lənkəran, Astara, Masallı və Göyçayda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmət göstərilib.
Səyyar xidmətlər zamanı şəxslərin yaşadıqları ünvanlarda müvəqqəti yaşamaq üçün icazə vəsiqələri təqdim edilib, müvafiq yaşamaq icazələrinin alınması ilə bağlı sənədləri qəbul edilib.
Eyni zamanda miqrasiya qanunvericiliyinə dair onları maraqlandıran məsələlərlə bağlı məlumatlar verilib.