newsPhoto

Dövlət Miqrasiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib

Dövlət Miqrasiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki iclası keçirilib.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlət Miqrasiya Xidmətinin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev ölkəmizdə həmkarlar ittifaqları hərəkatı ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi, işçilərin əmək, sosial və iqtisadi hüquqlarına dair qanun layihələrinin hazırlanmasına dəstək verilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini diqqətə çatdırıb. Həmçinin DMX Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətindən, gördüyü işlərdən, əməkdaşların sosial həyatında oynadığı əhəmiyyətli roldan danışıb.

Sonra gündəliyə uyğun olaraq DMX Həmkarlar İttifaqı Komitəsinin sədri Qaratel Hacıyeva sədrlik dövründə görülən işlərin hesabatı ilə çıxış edib.

İclasda təşkilatın Təftiş Komissiyasının hesabatı dinlənildikdən sonra Təşkilat Komitəsinin tərkibin seçilməsi məsələsinə baxılıb  və açıq səsvermə formatında keçirilən seçkidə Komitənin yeni tərkibi seçilib.

İclas iştirakçılarının yekdil səsi ilə növbəti müddətdə DMX Həmkarlar İttifaqı Komitəsinin sədri yenidən Qaratel Hacıyeva seçilib. Həmçinin Komitənin Daimi komissiyalarının sədrləri seçilib, Təftiş komissiyasının  yeni tərkibi təsdiq edilib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının nümayəndəsi Rəhilə Babayeva Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib, DMX Həmkarlar İttifaqı Komitəsinin faəliyyətini müsbət qiymətləndirib və bundan sonrakı işlərində uğurlar arzulayıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur