newsPhoto

Miqrasiya üzrə Regional Təlim Mərkəzində seminar keçirilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzində “Sığınacaqla bağlı müraciətlər çərçivəsində Sübutların Qiymətləndirilməsi, Sübutetmə Yükü və Standartı” mövzusunda seminar keçirilib.

Təlimdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri və Dövlət Miqrasiya Xidmətinin əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən BMT QAK-ın hüquq şöbəsinin müdiri İvan Çarnetski və DMX-nin nümayəndəsi Elmar Mürsəliyev mövzunun önəmini diqqətə çatdırıb, sığınacaq, eləcə də miqrasiya məsələləri ilə məşğul olan Xidmət əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında seminarın əhəmiyyətini qeyd ediblər.

Seminarda BMT QAK-ın təmsilçiləri Aydan Seyidova, Sənan Hacıyev və DMX-nın əməkdaşı Fidan Qələndərova təqdimatla çıxış ediblər. Təlim çərçivəsində müvafiq sahədə qlobal tendensiyalar, qaçqınların himayəsi ilə bağlı beynəlxalq hüquqi çərçivə və milli qanunvericilik bazası, sığınacaqla bağlı müraciətlər çərçivəsində sübutetmə yükü və standartı, sübutların qiymətləndirilməsi, strukturu barədə təqdimatlar edilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur