newsPhoto

Regionlarda maarifləndirmə tədbirləri keçirilib

Xaçmaz, Şəki, Şirvan, Gəncə və Lənkəran regional miqrasiya idarələri tərəfindən maarifləndirmə tədbirləri keçirilib.

Görüşlər “Miqrasiya proseslərinin idarə olunmasında Dövlət Miqrasiya Xidmətinin rolu”, “Dövlət Miqrasiya Xidmətinin  fəaliyyət istiqamətləri, inkişaf mərhələləri və miqrasiya qanunvericiliyinə edilmiş dəyişikliklər”, “Əmək miqrasiyası kvotası”, “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsil hüququ” mövzularına həsr olunub.

Tədbirlərdə aidiyyəti dövlət qurumlarının, təhsil işçilərinin, yerli icra və bələdiyyələrin, sahibkarlıq subyektlərinin nümayəndələri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edib. 

Görüşlərdə Xidmətin məsul əməkdaşları çıxış edərək Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən xidmətlər, Miqrasiya Məcəlləsinə edilmiş dəyişikliklər, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması, müvafiq yaşamaq üçün icazələrin verilməsi qaydaları və bunun  üçün tələb olunan sənədlər, qanunsuz miqrasiyaya  və insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, eləcə də əldə edilən nailiyyətlər barədə məlumatlar veriblər.

Ölkəmizdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaradılmış şərait, göstərilən xidmətlər barədə verilən məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur