Xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib
Dövlət Miqrasiya Xidmətində şəxsi heyətinin iştirakı ilə “Hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi” mövzusunda təlim keçirilib.
Məqsəd şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması, böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, bu istiqamətdə onların bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Məşq zamanı toplanış siqnalı elan edilib. Xəbərdarlıq toplanışı siqnalı ilə əməkdaşların toplanma məntəqəsinə toplanışı və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb. Həmçinin əməkdaşlar fərdi müdafiə vasitələləri ilə tanış olublar.
Sonda məşq prosesində yaranan çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıqlar verilib.