Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Naxçıvanda maarifləndirmə tədbirləri keçirilib

Naxçıvan regional miqrasiya baş idarəsi tərəfindən “Məcburi əmək riskləri barədə maarifləndirmə işinin gücləndirilməsi”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya prosesində iştirakı” və “Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət” mövzularında maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə muxtar respublikada fəaliyyət gəstərən orta və iri sahibkarlıq, hotel, eyni zamanda ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Görüşlərdə çıxış edən Xidmət əməkdaşları iştirakçılara Miqrasiya Məcəlləsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti olma və yaşama icazələrinin verilməsi ilə bağlı əsaslar, tələbələr üçün nəzərdə tutulan güzəştlər, eyni zamanda  qanunsuz miqrasiyanın vaxtında aşkarlanması və qarşısının alınması sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumatlar veriblər.

Eyni zamanda, Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən elektron xidmətlərdən istifadə, habelə olduğu yer üzrə qeydiyyata alınma proseduru və miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə qanunla nəzərdə tutulmuş inzibati məsuliyyətlər barədə ətraflı məlumatlar diqqətə çatdırılıb.

Sonda miqrasiya sahəsi ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti