newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri xanım Bik Lum ilə görüşüb.

Qonaqları səmimi salamlayan Xidmət rəisi qurumlararası əməkdaşlıqdan bəhs edib, Azərbaycan nümayəndə heyətinin Qlobal Qaçqınlar Forumunda iştirakı barədə məlumat verib.  Vüsal Hüseynov qaçqın və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı görülən işləri diqqətə çatdırıb.

Qaçqınlar və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi istiqamətində DMX ilə əməkdaşlıq çərçivəsində görülmüş işləri müsbət qiymətləndirən BMT QAK-ın  Azərbaycandakı Nümayəndəsi xanım Bik Lum mövcud olan əlaqələrin bundan sonra daha da möhkəmləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə tərəflər arasında qarşılıqlı maraq kəsb edən digər məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur