Dövlət Miqrasiya Xidməti tərəfindən səyyar xidmətlər davam etdirilir
Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə səyyar xidmətlər davam etdirilir.
Bu istiqamətdə növbəti səyyar xidmətlər Gəncə və Yevlax regional miqrasiya idarələrinin əməkdaşları tərəfindən Gəncə, Yevlax və Bərdədə yaşayan sağlamlıq imkanları məhdud şəxslərə göstərilib.
Səyyar xidmətlər zamanı şəxslərin müvəqqəti yaşama icazəsinin alınması və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədləri qəbul edilib. Həmçinin müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilib.
Eyni zamanda miqrasiya qanunvericiliyinə dair onları maraqlandıran məsələlərlə bağlı məlumatlar verilib.