newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı ilə görüşüb.

Qonağı səmimi salamlayan Xidmət rəisi qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini bildirib və iki ölkə arasında miqrasiya sahəsində mövcud olan əməkdaşlıq əlaqələrindən bəhs edib. Vüsal Hüseynov miqrasiya proseslərinin tənzimlənməsi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, Miqrasiya Məcəlləsinə edilmiş dəyişikliklər, həmçinin əcnəbilərin xarici investisiyalı hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti əsasında yaşama icazələri əldə etməsi üçün müəyyən edilmiş yeni tələblər barədə məlumat verib.

Səmimi qarşılamaya görə təşəkkür edən Cahit Bağçı iki dövlət arasında qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib və miqrasiya sahəsində әlaqәlәrin davamlı inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur