newsPhoto

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin alınması ilə bağlı müraciət necə həyata keçirilir?

Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, başqa sözlə, bütün işəgötürənlər işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar. Əgər əcnəbi qanunla göstərilən müvafiq  hallardan birinə malikdirsə, onun üçün iş icazəsinin alınması tələb olunmur, nümunə üçün, Azərbaycan Respublikası vətəndaşı ilə nikahda olma, daimi yaşama icazəsi olma və s.

İşəgötürən işə cəlb etmək istədiyi əcnəbinin pasport məlumatları, həmin işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənəd və qanunla təsbit olunmuş digər sənədləri Dövlət Miqrasiya Xidmətinə təqdim edərək iş icazəsinin əldə edilməsi üçün elektron qaydada və ya fiziki olaraq qəbul şöbələrinə müraciət edir.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur