newsPhoto

Readmissiya sazişləri çərçivəsində ölkəmizə geri qəbul edilən şəxslərin reinteqrasiya məsələləri müzakirə olunub

Dövlət Miqrasiya Xidmətinin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyevin rəhbərliyi ilə Reinteqrasiya üzrə İşçi Qrupunun 12-ci iclası keçirilib.

Onlayn formatda baş tutan iclasda Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Azərbaycan Hava Yolları QSC, TƏBİB, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndələri iştirak ediblər.

Görüşdə 2023-cü il ərzində ölkəyə readmissiya edilən şəxslərin müvafiq ehtiyaclarının öyrənilərək onlara sosial-iqtisadi dəstəyin verilməsi, vətəndaşlarımızın cəmiyyətə səmərəli və dayanıqlı reinteqrasiyasının həyata keçirilməsi məsələləri müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2016-cı il tarixli tapşırığına əsasən yaradılan reinteqrasiya işçi qrupunun məqsədi imzalanmış readmissiya sazişləri çərçivəsində Azərbaycana geri qaytarılan şəxslərin cəmiyyətə yenidən inteqrasiyasına dəstək verməkdir.

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur