Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Regionlarda maarifləndirmə tədbirləri keçirilib

Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya sahəsində maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu çərçivədə Naxçıvan, Qobustan və Şamaxıda “Qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri və bu sahədə müvafiq orqanlarla qarşılıqlı işin təşkili”, “Azərbaycan Respublikası ərazisində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin miqrasiya proseslərində iştirakı”, “Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət” mövzularında növbəti maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə  əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, miqrasiya sahəsində sənədləşdirmə qaydaları, elektron və onlayn xidmətlər, qanunsuz miqrasiyaya qarşı mübarizə barədə məlumatlar verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar qanunvericiliyə müvafiq qaydada cavablandırılıb.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti