newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İlxom Abduraxmon ilə görüşüb.

Qonaqları səmimi salamlayan Xidmət rəisi səfiri ölkəmizə yeni təyinatı münasibətilə təbrik edib, Azərbaycan və Tacikistan arasında müxtəlif sahələrdə əlaqələrin yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib. Vüsal Hüseynov həmçinin Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, miqrasiya sahəsində qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması, habelə miqrasiya prosesləri ilə bağlı prosedurların sadələşdirilməsi, miqrasiya xidmətlərinin göstərilməsində rəqəmsallaşmanın təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Miqrasiya idarəçiliyi sahəsində təcrübə və məlumat mübadiləsinin önəminə toxunan Xidmət rəisi bu istiqamətdə əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli əsasda inkişafına, müqavilə-hüquq bazasının genişləndirilməsinə böyük əhəmiyyət verildiyini qeyd edib.

Görüşə imkan yaradıldığı üçün Xidmət rəisinə təşəkkürünü bildirən səfir iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb və mövcud əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə tərəflər arasında miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur