Gəncədə vətəndaşsızlıq vəziyyətində olan şəxslərlə görüş keçirilib
Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq hallarının aradan qaldırılması və bu sahədə maarifləndirmə işinin təşkili məqsədilə tədbirlər mütəmadi davam etdirilir.
Bu silsilədən növbəti tədbir Gəncədə reallaşdırılıb. Vətəndaşlıq məsələləri baş idarəsi rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti 24 noyabr 2023-cü il tarixində Gəncə regional miqrasiya idarəsinin əhatə etdiyi ərazilərdə yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə görüş keçirib. Görüşdə 15 nəfər əcnəbi və vətəndaşsızlıq vəziyyətində olan şəxslərin problemlərinin həlli məsələləri müzakirə olunub, onların üzləşdikləri çətinliklər dinlənilib.
Sonda Gəncə regional miqrasiya idarəsinin xidməti ərazisində yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi ilə bağlı səyyar sənəd qəbulu təşkil edilib.