Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaş qəbulu keçirəcək
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 24 noyabr saat 15:00-da Xidmətin aparatında vətəndaş qəbulu keçirəcək.
Qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə 23.11.2023-cü il tarixədək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.
Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etmələri xahiş olunur.