newsPhoto

Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü iradəsi və qətiyyətli rəhbərliyi, xalqımızın birliyi, yenilməz Ordumuzun rəşadəti hesabına Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunan veloyürüş keçirilib.

Təşkil olunan tədbirdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları da iştirak ediblər.  

Azərbaycan Velosiped Federasiyasının, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Velosiped İdman Klubunun üzvləri, peşəkar və həvəskar 100 nəfərdən çox velosipedçi Veloparkın mərkəzindən start götürərək təyin olunmuş marşrut üzrə 2 dairə vurublar.

Sonda veloyürüş iştirakçıları xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, veloyürüş Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur