newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Küveyt Dövlətinin Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Abdullah Mohamed Abdullah Almauid ilə görüşüb.

Qonağı səmimi salamlayan Xidmət rəisi Azərbaycan və Küveyt arasında miqrasiya sahəsində mövcud olan əməkdaşlıq əlaqələrindən bəhs edib.

Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, qanunvericiliyə edilən yeni dəyişikliklər, miqrantların göstərilən xidmətlərə daha operativ çıxışının təmin olunması, rəqəmsallaşmanın təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.         V. Hüseynov  birgə əməkdaşlığın inkişafı və istiqamətləri barədə müzakirələrin önəmini bir daha vurğulayıb. Xidməti rəisi həmçinin işğaldan azad olunmuş ərazilərdə davam edən bərpa və quruculuq işləri barədə də qonağı məlumatlandırıb, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinin mərhələli qaydada başladığını, bütün bu proseslərinin effektiv qaydada təşkilinə əsas mane olan  amilin Ermənistan tərəfindən həmin ərazilərin minalarla kütləvi şəkildə çirkləndirilməsi olduğunu bildirib. Minatəmizləmə işlərinin də intensiv şəkildə aparıldığı və bu proseslərin sürətləndirilməsi və genişləndirilməsinin regionda davamlı və dayanıqlı inkişafın təmin olunmasına önəmli töhfə verəcəyini diqqətə çatdırıb.

Səmimi qəbula görə Xidmət rəisinə təşəkkürünü bildirən səfir iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb və mövcud əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə tərəflər arasında miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur