newsPhoto

Regionlarda maarifləndirmə tədbirləri keçirilib

Quba, Gəncə, Lənkəran və Şahbuzda maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlər “Əcnəbilərin leqallaşdırılması prosedurları və təhsil hüququ”, "Azərbaycan Respublikasında əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri. Əməkçi miqrantların hüquqları”, “Miqrasiya qanunvericiliyində baş vermiş dəyişikliklər”, “Qanunsuz miqrasiyanın qarşısının alınmasında aidiyyəti dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyəti”, “Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət” mövzularına həsr olunub.

Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən elektron xidmətlərdən geniş istifadə, çağdaş dövrün tələblərinə uyğun olaraq onların sayının və keyfiyyətinin artırılması, habelə miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə qanunla nəzərdə tutulmuş inzibati məsuliyyətlər və əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınma proseduru barədə məlumatlar diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur