newsPhoto

Ağsu regional miqrasiya idarəsi tərəfindən maarifləndirmə tədbiri keçirilib

 

Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi tərəfindən Kürdəmir rayon Heydər Əliyev Mərkəzində “Qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərində müvafiq orqanlarla qarşılıqlı işin təşkili” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.

 Tədbirdə rayon icra hakimiyyətinin, aidiyyəti dövlət qurumlarının, məhkəmə, hüquq-mühafizə orqanlarının, tibb işçilərinin, ictimai təşkilatların nümayəndələri, işəgötürənlər, sahibkarlar,  həmçinin   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Tədbirdə  ölkə ərazisində qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırması (qanuniləşdirməsi) üçün xidmətin rəsmi saytında yerləşdirilmiş müraciətlər haqqında məlumat verilib, həmçinin miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Kürdəmir rayonu ərazisində qeydiyyatsız və sənədsiz yaşayan şəxslərin müəyyən edilməsi və onların sənədləşdirilməsi istiqamətində, eləcə də miqrasiya sahəsində müvafiq orqanlarla qarşılıqlı əməkdaşlığın inkişafı  ilə bağlı görülən işlər diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur