newsPhoto

Regionlarda səyyar xidmətlər təşkil olunub

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin Yevlax, Xaçmaz, Gəncə və Lənkəran regional miqrasiya idarələri tərəfindən sosial və sağlamlıq imkanları məhdud şəxslərə yaşadıqları ünvanlarda səyyar xidmət göstərilib.

Regional miqrasiya idarələrinin xidməti ərazilərinə daxil olan Yevlax, Tərtər, Quba, Qusar, Gəncə və Lənkəranda reallaşdırılan səyyar xidmətlər zamanı şəxslərə müvafiq icazə vəsiqəsi təqdim edilib, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi və müvafiq icazə vəsiqələrinin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilərək icraata götürülüb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur