newsPhoto

Xidmətimizdən istifadə edən şəxslər arasında növbəti sorğu keçirilib

Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məmnuniyyəti, xidmətlərin əlçatanlığı və şəffaflığı, miqrasiya orqanları işinin təşkili prosesində ictimai iştirakçılığın təmin olunması Dövlət Miqrasiya Xidmətinin əsas prioritetlərindədir.

Bu məqsədlə Dövlət Miqrasiya Xidməti və “Miqrasiya könüllüsü” İctimai Birliyi tərəfindən Bakı şəhər regional miqrasiya baş idarəsində növbəti sorğu keçirilib.

Keçirilən sorğuda 50-dən çox respondent iştirak edib. Onlara miqrasiya xidmətlərinin əlçatanlığı, operativ şəkildə icrası, keyfiyyəti barədə suallar təqdim olunub.

Göstərilən xidmətlər respondentlərin 95%-i tərəfindən müsbət qiymətləndirilib.

Sorğuda iştirak edən şəxslərə təşəkkürümüzü bildirik!


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur