newsPhoto

Hakim təyin edilmiş Dövlət Miqrasiya Xidmətinin əməkdaşı ilə görüş keçirilib

“Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 11 oktyabr tarixli Sərəncamı ilə Şirvan Şəhər Məhkəməsinin hakimi vəzifəsinə təyin olunan Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Aydan Məmmədli Xidmət rəisi cənab Vüsal Hüseynov tərəfindən qəbul edilərək ona yeni təyinatı ilə bağlı Xidmət kollektivinin təbrikləri çatdırılıb və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Habelə, miqrasiya orqanlarında qulluq etdiyi 10 ildən artıq dövr ərzində vəzifə borclarını qüsursuz yerinə yetirdiyinə görə Aydan Məmmədli “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur