newsPhoto

Naxçıvanda yaşayan əcnəbilərlə birgə ekoloji aksiya keçirilib

Dövlət Miqrasiya Xidməti ölkəmizdə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sosial, iqtisadi, psixoloji, mədəni və hüquqi müstəvidə yerli şəraitə uyğunlaşdırılması, cəmiyyətə səmərəli inteqrasiyası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini davam etdirir. Tədbirlərdə əsas məqsəd miqrantların həm fərd, həm də qrup şəklində cəmiyyətin həyatında fəal iştirakının, miqrantlar və yerli cəmiyyət arasında ikitərəfli uyğunlaşmanın təmin edilməsindən ibarətdir.

Bu çərçivədə növbəti tədbir DMX Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Şahbuz rayonunda Ayrınc-Qızılqışlaq yolu üzərində yerləşən, eyni zamanda piknik və kempinq üçün ayrılan Qaraqaya ərazisində reallaşdırılıb.

Naxçıvan regional miqrasiya baş idarəsinin əməkdaşlarının və əcnəbilərin iştirak etdiyi aksiyasının əsas məqsədi meşəlik ərazilərdə təmizliyə və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təbliğ etmək, bu ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq,  eləcə də insanları ətraf mühitin mühafizəsi istiqamətində məlumatlandırmaq olub.

Ərazidə təmizlik işləri aparıldıqdan sonra təbiətin mühafizəsi ilə bağlı maarifləndirici lövhələr asılıb, ətrafın təmiz saxlanılması üçün tullantı qutuları yerləşdirilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur