newsPhoto

MDB iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 27-ci iclası keçirilib

Dövlət Miqrasiya Xidmətinin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilmiş 27-ci iclasında iştirak edib.

Nümayəndə heyətinin rəhbəri çıxışında Şuranın 26-cı iclasından ötən müddət ərzində ölkəmizdə baş verən miqrasiya prosesləri və bu sahədə milli qanunvericiliyə edilmiş dəyişikliklər, miqrasiya siyasətinin əsas prioritetləri, həmçinin beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi barədə məlumat verilib.

Tədbir zamanı Azərbaycanda qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş fəaliyyətlər, miqrantların inteqrasiyası sahəsində atılan addımlar, miqrasiya orqanları tərəfindən müasir informasiya texnologiyalarından istifadə və göstərilən elektron xidmətlər, miqrasiya sahəsində vətəndaş cəmiyyəti təşkilatları ilə birgə aparılan işlər də diqqətə çatdırılıb.

Qeyd edək ki, Şuranın iclası çərçivəsində ümumilikdə 14 qərar qəbul edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur