newsPhoto

Dövlət Miqrasiya Xidməti əməkdaşları arasında dama yarışı keçirilib

Dövlət Miqrasiya Xidmətində çalışan əməkdaşlar arasında “Heydər Əliyev İli” çərçivəsində dama turniri keçirilib.

DMX Həmkarlar İttifaqı Komitəsi tərəfindən həyata keçirilən turnirdə Xidmətin müxtəlif struktur bölmələrindən əməkdaşlar iştirak edib. Onlar fərdi olaraq qalibiyyət uğrunda mübarizə aparıblar.

Turnirdə Sahib İsmayılov 1-ci yer, Asif Əhmədov 2-ci yer, Famil Qasımov 3-cü yerə layiq görülüb.

Qaliblərə Dövlət Miqrasiya Xidmətinin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev, Katiblik idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Fəridə Hüseynova və Respublika Şahmat Mərkəzinin əməkdaşı, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə tərəfindən diplomlar təqdim olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur