Regionlarda səyyar xidmətlər keçirilib
Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələri tərəfindən Lənkəran və Astarada yaşayan, sağlamlıq imkanları məhdud, eləcə də həssas qrupa daxil olan şəxslərə yaşadıqları ünvanlarda səyyar xidmət göstərilib.
Səyyar xidmətlər zamanı şəxslərə müvafiq icazə vəsiqələri təqdim edilib, vətəndaşlıq mənsubiyyətinin müyyən edilməsi və müvafiq icazə vəsiqələrinin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilərək icraata götürülüb.