newsPhoto

“Heydər Əliyev İli” çərçivəsində Şamaxıda tədbir keçirilib

Ağsu regional miqrasiya idarəsi tərəfindən Şamaxı rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında “Heydər Əliyev İli” çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, ictimai təşkilatların, nümayəndələri, bələdiyyə üzvləri, hüquq-mühafizə orqanlarının məsul işçiləri, tibb işçiləri, işəgötürənlər, sahibkarlar həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Tədbirdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının əhəmiyyətinə toxunulub, Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin dövlət müstəqilliyinin ilk illərindən ölkənin bütün sahələrində, o cümlədən miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində də çox mühüm tədbirlər həyata keçirilməsindən danışılıb. Həmçinin tədbirdə Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələləri, fəaliyyət  istiqamətləri, son dövrlərdə miqrasiya sahəsində əldə edilən nailiyyətlər, göstərilən xidmətlərin şəffaflaşdırılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə həyata keçirilən uğurlu tədbirlər  barədə geniş məlumatlar verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur