Yardımlı və Lənkəranda maarifləndirmə tədbirləri keçirilib
Lənkəran regional miqrasiya idarəsi tərəfindən Yardımlı və Lənkəran şəhərlərində maarifləndirmə tədbirləri keçirilib.
Rayon icra hakimiyyəti inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələrin, turizim sektoru təmsilçilərinin iştirak etdiyi tədbirlər “Əməkçi miqrantların hüquqlarının qorunması. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olma və yaşama qaydaları" və "Miqrasiya qanunvericiliyinin tələbini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda qəbul edən tərəfin inzibati məsuliyyəti" mövzularına həsr olunub.
Görüşdə tədbir iştirakçılarına həmçinin olduğu yer üzrə qeydiyyat, iş icazələrinin alınması, miqrasiya qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər barədə də məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.