newsPhoto

Xaçmazda və Lənkəranda maarifləndirmə tədbirləri keçirilib

Xaçmazda turizim obyektlərinin nümayəndələri üçün, Lənkəranda isə sahibkarlıq subyektlərinin iştirakı ilə məlumatlandırma tədbirləri keçirilib.

Tədbirlər “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydaları və prosedurları” və "Miqrasiya məcəlləsinə edilmiş son dəyişikliklər. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi qaydaları" mövzularına həsr edilib.

Xidmət əməkdaşları tərəfindən Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə iştirakçılara məlumat verilib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat qaydaları, miqrasiya proseslərinin idarə olunması, 24 saat 3 dildə fəaliyyət göstərən 919 Çağrı mərkəzi, elektron xidmətlər və Miqrasiya Məcəlləsinə edilmiş son dəyişikliklər diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur