Dövlət Miqrasiya Xidmətində Hindistanın Azərbaycandakı səfiri ilə görüş olub
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşüb.
Qonağı səmimi salamlayan Xidmət rəisi səfiri təyinatı münasibətilə təbrik edib.
Görüş zamanı Xidmət rəisi ölkəmizdə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrantların maksimum rahatlığının təmin edilməsi, inzibati prosedurların sadələşdirilməsi və rəqəmsallaşmanın təşviqi istiqamətində reallaşdırılan təbirlər barədə məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Sridharan Madhusudhanan miqrasiya sahəsində mövcud münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə tərəflər arasında miqrasiya sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.