“İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində insan hüquqlarına və dayanıqlı inkişaf məqsədlərinə həsr olunmuş müxtəlif aktual mövzular üzrə tədbirlər keçirməklə bağlı çağırışına dəstək məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən də silsilə tədbirlər həyata keçirilib.
Bu istiqamətdə Yevlax, Xaçmaz, Şəki, Gəncə, Ağsu regional miqrasiya idarələri və Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi tərəfindən Ucar, Şabran, Qax, Naftalan, Goranboy, İsmayıllı və Bərdədə maarifləndirmə tədbirləri təşkil olunub.
Tədbirlərdə rayon icra hakimiyyətlərinin, ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, hüquq mühafizə orqanları əməkdaşları, ümumitəhsil məktəblərinin direktorları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
"İnsan hüquqları aylığı" mövzusuna həsr olunan maarifləndirmə tədbirlərində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, eyni zamanda Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlar verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.