Beyləqanda maarifləndirmə tədbiri keçirilib
“18 may - 18 iyun İnsan Hüquqları Aylığı" çərçivəsində Şirvan regional miqrasiya idarəsi tərəfindən Beyləqan rayon Gənclər mərkəzində “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquq və vəzifələri, qanunsuz əmək fəaliyyətinə qarşı həyata keçirilən effektiv mübarizə tədbirləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Rayon icra hakimiyyətinin və inzibati ərazi dairələri üzrə nümayəndələrin, həmçinin ictimaiyyətin iştirak etdiyi tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərindən söhbət açılıb. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, yaşama icazələrinin növləri və verilmə qaydaları, inzibati məsuliyyət, insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərlə bağlı məlumatlar verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.