newsPhoto

Miqrasiya Məcəlləsinə edilmiş dəyişikliyə əsasən xarici investisiyalı hüquqi şəxsin və ya sahibkarın dövriyyəsi ilə bağlı yeni qaydalar müəyyən edilib.

Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və ya 45.1.7-ci maddələrinə əsasən azı 1 il Azərbaycan ərazisində müvəqqəti yaşamış əcnəbinin həmin hallar üzrə yenidən müvəqqəti yaşama icazə əldə etməsi üçün xarici investisiyalı hüquqi şəxsin və ya sahibkarın dövriyyəsi  İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş həcmdə olmalıdır. Qeyd olunan hallarda müraciət zamanı bəyannamə üzrə dövriyyəyə dair vergi orqanından əldə edilmiş sənəd tələb edilən digər sənədlərlə birgə təqdim edilməlidir.

Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci və 45.1.7-ci maddələri üzrə müəyyən edilmiş nizamnamə kapitalı, dövriyyə və işçi sayı ilə bağlı tələblər investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş iqtisadi rayonlarda (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur