newsPhoto

Dövlət qurumlarının nümayəndələri üçün seminarlar təşkil edilib

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsi ilə birgə ölkəmizin sərhəd rayonlarında, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının nümayəndələri üçün seminar təşkil edib.  Seminar Sığınacağa dair müraciətlərin istiqamətləndirmə mexanizmləri” mövzusunda keçirilib.

Azərbaycanın şimal sərhəd rayonlarını (Quba, Qusar, Xaçmaz) əhatə edən ilk seminar Quba şəhərində, növbəti təlim qərb sərhəd rayonlarını (Gəncə, Qazax, Ağstafa) əhatə etməklə Gəncə şəhərində, digəri isə Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunub.

Bu tədbirlərin əsas məqsədi ölkə daxilində sığınacaqla bağlı müraciətlərin istiqamətləndirmə mexanizmini gücləndirmək, o cümlədən sığınacaq və miqrasiya məsələləri ilə məşğul olan və ölkənin sərhədyanı rayonlarında, həmçinin beynəlxalq aeroportlarında işləyən müvafiq dövlət qurumu əməkdaşlarının bilik, bacarıq və təcrübələrini daha da inkişaf etdirməkdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur