1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Dövlət Miqrasiya Xidməti Həmkarlar komitəsi və Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkəmizdə qaçqın statusu almış şəxslərin azyaşlı uşaqları üçün bayram gəzintisi təşkil edilib.
Əlamətdar günün səbəbkarları uşaq əyləncə mərkəzlərindən birində birgə xoş vaxt keçiriblər.