Regionlarda “Heydər Əliyev İli” çərçivəsində tədbirlər keçirilib
Lənkəran və Şəki regional miqrasiya idarələri, Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi tərəfindən “Heydər Əliyev İli” çərçivəsində tədbirlər keçirilib.
Tədbirlərdə Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi və çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumatlar verilib. Ulu öndərin miqrasiya sahəsinə xüsusi diqqət göstərməsi, bu istiqamətdə respublikamızın tərəqqisi naminə həyata keçirdiyi tədbirlər diqqətə çatdırılıb. Bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi və nəticədə miqrasiya proseslərini tənzimləmək üçün vahid dövlət orqanı olan Dövlət Miqrasiya Xidmətinin yaradılması, eyni zamanda Xidmətin fəaliyyət istiqamətləri barədə geniş məlumatlar verilib.