newsPhoto

Regionlarda maarifləndirmə tədbirləri keçirilib

Şirvan, Ağsu və Yevlax regional miqrasiya idarələri tərəfindən Sabirabad, Qobustan və Tərtərdə maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlər “Dövlət Miqrasiya Xidməti tərəfindən “ASAN xidmət” mərkəzlərində əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin növləri, qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizə”, “Vətəndaşsızlıq hallarının aradan qaldırılması və miqrasiya qanunvericiliyi” və “Azərbaycan Respublikasında qeyri-qanuni yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması" mövzularına həsr olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur