newsPhoto

Regionlarda səyyar xidmətlər keçirilib

Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələri tərəfindən Qax, Zaqatala, Şəki, Şirvan, Şamaxı, Xaçmaz, Bərdə, Mingəçevir və Ağdaşda yaşayan, sağlamlıq imkanları məhdud, eləcə də həssas qrupa daxil olan şəxslərə yaşadıqları ünvanlarda səyyar xidmət göstərilib.

Ümumilikdə 23 nəfər səyyar xidmətlərin imkanlarından istifadə edib. Səyyar xidmətlər zamanı şəxslərə müvafiq icazə vəsiqələri təqdim edilib, vətəndaşlıq mənsubiyyətinin müyyən edilməsi və müvafiq icazə vəsiqələrinin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilərək icraata götürülüb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur