newsPhoto

DMX yanında İctimai Şuranın yeni tərkibinin seçilməsi məqsədilə yaradılmış Seçki Komissiyasının ilk iclası keçirilib

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibinin seçilməsi məqsədilə yaradılmış Seçki Komissiyasının iclasında gündəlikdə duran məsələlər diqqətə çatdırılıb.

Bildirilib ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq namizədlərin qeydiyyatına başlanılır. Görüşdə seçkilərin həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq prosedurların uğurla reallaşdırılmasının prioritet olduğu vurğulanıb.

Sonra iclasda Seçki Komissiyasının sədr və katibi seçilib, DMX yanında İctimai şuraya üzvlərin say həddi müəyyənləşdirilib.

Komissiya üzvləri tərəfindən DMX yanında İctimai şuraya seçki ilə bağlı hazırlanmış elan mətni razılaşdırılıb.

Sonda qaldırılan bir sıra məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur