newsPhoto

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüş keçirilib

Mayın 12-də Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.

Səfiri təyinatı münasibəti ilə təbrik edən Xidmət rəisi ona gələcək fəaliyyətində uğurlar arzulayıb, miqrasiya proseslərinin tənzimlənməsi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib.

İki ölkənin miqrasiya sahəsində əlaqələrinin, həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Səmimi görüşə görə təşəkkür edən Fergus Auld iki dövlət arasında miqrasiya sahəsində әlaqәlәrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur