newsPhoto

Olduğu yer üzrə qeydiyyat nədir və bu proses necə həyata keçirilir?

Miqrasiya Məcələlləsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs,  olduğu yer üzrə qeydiyyata alınmalıdır. Qazaxıstan vətəndaşları üçün isə bu müddət 30 gündür.

 Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, 5 iş günü ərzində yeni olduğu yer barədə məlumat verməli və həmin yer üzrə qeydiyyata alınmalıdır. Qeyd edək ki,  şəxs qeydiyyata alındığı mənzilin sahibinə məxsus digər mənzildə müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.

Qeydiyyat üçün əcnəbi ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində elektron qaydada Dövlət Miqrasiya Xidmətinin rəsmi saytının elektron xidmətləri və elektron poçt (qeydiyyat@migration.gov.az ) vasitəsilə və ya şəxsən regional miqrasiya idarələrinə, yaxud "ASAN xidmət" mərkəzlərlərində fəaliyyət göstərən miqrasiya pəncərələrinə müraciət etməlidir.

Bunun üçün ərizə anket, əcnəbinin pasportunun və ya digər sərhədkeçmə sənədinin surəti (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla) təqdim olunmalıdır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu tələb olunmur.

Xatırladaq ki, tələb olunan müddətdə olduğu yer üzrə qeydiyyata alınmama isə inzibati məsuliyyətə cəlb edilmə üçün əsasdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur