newsPhoto

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə əməkdaşlıq müzakirə olunub

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova ilə görüşüb.

Xidmət rəisi fəaliyyətə başlamasının 30-cu ildönümü münasibətilə MSİBM-nin rəhbərliyinə və kollektivinə təbriklərini çatdırıb. Dövlət Miqrasiya Xidməti ilə MSİBM arasında birgə əməkdaşlığın və reallaşdırılan layihələrin əhəmiyyətini vurğulayıb. Xüsusilə “Azərbaycanda Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE 2)” layihəsi çərçivəsində fəaliyyətlərin icrasının sürətlə və səmərəli yerinə yetirilməsi məmnunluqla ifadə olunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən Səltənət Məmmədova qarşılıqlı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi istiqamətində gələcək perspektivləri diqqətə çatdırıb.

Görüşdə mövcud və gələcək layihələrin icra vəziyyəti müzakirə olunub və qarşılıqlı fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur