Vətəndaş qəbulu prosesini həyata keçirən əməkdaşlar üçün psixoloji təlim keçirilib
Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər regional miqrasiya baş idarəsində əməkdaşlar üçün “Dözümlülük məşqi. Stresə davamlılıq, stresin idarə edilməsi” mövzusunda təlim təşkil edilib.
Təlimdə Xidmətin müxtəlif struktur bölmələrində fəaliyyət göstərən və vətəndaşların qəbulu prosesini həyata keçirən əməkdaşları iştirak edib.
Müasir Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Aida Sübhan tərəfindən keçirilən təlimdə iştirakçılara stresin xüsusiyyətləri və onun idarə olunmasına dair strategiyalar barədə məlumatlar verilib.
Eyni zamanda hüquq-mühafizə orqanı əməkdaşlarına vətəndaş məmnunluğuna əsaslanan səbrli və təmkinli davranışın nümayişi, səmərəli ünsiyyətin qurulması, işgüzar etiketə dair bacarıqlarının daha da təkmilləşdirilməsinə yönələn biliklər də aşılanıb.
Təlim zamanı iştirakçılar müxtəlif psixoloji testlərdən keçirilib və onları maraqlandıran suallar cavablandırılıb.